Şrift:
Gürcüstanda azərbaycanlıların problemlərinin həlli məqsədilə yeni Xeyriyyə Fondu yaradılıb
26.07.2012 [16:46] - Diaspor
Bolnisi rayonunun Faxralı kəndində Arif Əliyev adına Xeyriyyəçi Fondunun təqdimat mərasimi keçirilib.

Tədbirdən əvvəl hökumət və dövlət, QHT nümayəndələrindən və ziyalılar və Bakıdan, Türkiyədən gələn qonaqlar, kənd sakinləri, məktəblilər və müəllimlər tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin keçmiş rəsmisi Arif Əliyevin Faxralıdakı məzarını ziyarət ediblər. Sonra Faxralı 1 nömrəli orta məktəbində Arif Əliyev adına Xeyriyyə Fondunun üzvlərinin iştirakı ilə tədbir davam etdirilib.Tədbirdə Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev, Bolnisi rayon icra hakimiyyəti başçısı İosif Laliaşvili, onun müavini Ramin Əsədov, Marneuli rayon icra hakimiyyətinin müavini Heydər Musayev çıxış edərək Borçalıda döğulub boya-başa çatan və bir neçə il ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbərlərindən biri olan Arif Əliyevin Borçalıda yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıblar. Natiqlər qeyd ediblər ki, yeni yaradılan Fond Arif Əliyevin xeyriyyəçilik fəaliyyətini davam etdirəcək. Artıq fondun xətti ilə Faxralıda yaşayan 40 aztəminatlı ailə üçün yardım ayrılıb. Yaxın günlərdə Marneuli və Qardabanidə 60-dan çox imkansız ailəyə Fondun köməkliyi ilə yardım ediləcək.

Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev açıqlamasında yeni yaradılan fondun bölgədə xeyriyyəçilik işlərini davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, fonda üzv könüllülük əsasındadır və büdcəyə yığılan vəsait soydaşlarımızın problemlərinin həlli üçün sərf olunacaq.
Bu xəbər oxucular tərəfindən 1294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed