25.12.2018 [15:09] - Gündəm, Hadisə
İndoneziyanın Sumatra və Yava adaları arasında yerləşən Sunda boğazındakı Anak-Krakatau vulkanında yeni partlayışlar səbəbindən təkrar sunami təhlükəsi elan olunub.
Anadolu informasiya agentliyi xəbər verir ki, hökumət orqanları həmin ərazilərdə yaşayan yerli sakinlərə və axtarış-xilasetmə qruplarına sahildən uzaqlaşmağı tövsiyə ediblər. “Tanjung Lesung” istirahət bölgəsindəki axtarış-xilasetmə qrupları və KİV nümayəndələri dənizdə iri dalğaları görərək təcili olaraq ərazini tərk edib.
Son məlumata əsasən, dekabrın 22-də İndoneziya sahillərində baş vermiş sunami nəticəsində həlak olanların sayı 429 nəfərə çatıb, 128 nəfər itkin düşüb, təxminən 1400 nəfər isə xəsarət alıb.
Hazırda təbii fəlakət zonasında axtarış-xilasetmə və təxliyə əməliyyatı davam edir.

Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |