29.12.2018 [10:00] - Gündəm, Bildiriş
Dekabrın 28-də axşam saatlarında Yaponiyanın dağlıq ərazilərinə güclü qar yağıb. NHK telekanalı xəbər verir ki, ölkənin qərbində yerləşən Yapon dənizi sahillərindən şərq istiqamətdə də güclü qar yağmaqda davam edir.
Yaponiya Meteorologiya Agentliyinin bildirdiyinə görə, hava şəraitinin qış fəslinə uyğun dəyişməsi soyuq hava kütlələrinin artmasına səbəb olub.
Dekabrın 28-də axşam saat 11-ə olan məlumata görə, Yaponiyanın şimalında yerləşən Yamaqata prefekturasının Okura kəndində 1,47 metr qalınlıqda qar yağıb. Fukuşima prefekturasındakı Hinoemata kəndində isə 90 santimetr qalınlıqda qar qeydə alınıb.
Qarın Yapon dənizi sahillərinə bazar gününədək yağmaqda davam edəcəyi bildirilir. Kanto Koşin regionunda, Niiqata prefekturasında şənbə gününün sonunadək 24 saat ərzində 70 santimetr, Tohoku və Hokuriku regionlarında isə 60 santimetr qar düşəcəyi proqnozlaşdırılır. Yaponiyanın şimalında, Hokurikuda çovğun gözlənilir. Hokkaydo və Hokurikuda küləyin sürətinin saatda 72 kilometrə çatacağı bildirilir.
Dənizdə də dalğanın hündürlüyünün 6 metrə çatacağı və güclü qasırğa proqnozlaşdırlır.
Agentlik sakinlərə ehtiyatlı olmağı, yüksək gərginlik kabellərində və ağaclada toplanan qardan qorunmağı tövsiyə edir. Nəqliyyatın hərəkətində problemlər yaranacağı bildirilir.
Vüqar Ağayev

Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |