21.10.2011 [18:44] - Gündəm
Azərbaycanda zəlzələləri 5 saatdan 20 saata qədər müddət ərzində əvvəlcədən proqnozlaşdıra bilən iki seysmoakustik telemetrik stansiya quraşdırılıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsində “Qəzaların gizli dövrünün robast noise-monitorinq nəzəriyyəsi və texnologiyaları” mövzusunda keçirilən seminarda bildirib. T. Əliyev deyib ki, quraşdırılan stansiyalar dünyada zəlzələləri qabaqcadan proqnozlaşdıran ilk stansiyalardır. Azərbaycanda zəlzələləri proqnozlaşdıra bilən ilk seysmoakustik telemetrik stansiya 2010-cu ilin mayın 1-də Qum adasına quraşdırılıb. İkinci stansiya isə ötən həftə Şirvanda quraşdırılıb. Növbəti iki stansiyanın isə yaxın zamanlarda Siyəzən və Naftalanda quraşdırılması nəzərdə tutulur: “Ötən müddət ərzində fəaliyyətdə olan stansiyalar bütün anomal seysmik prosesləri əvvəlcədən dəqiqliyi ilə qeyd edib. Zəlzələlərin ən azı 5 saatdan 20 saata qədər olan müddət ərzində qabaqcadan proqnozu verilir. Hələlik bizim eksperimentlərdə zəlzələlər 300 kilometrə qədər məsafədən qeyd olunur. Amma 400-500 kilometrdən də bunlar qeydə alınır. Amma biz düşünür ki, 250-300 kilometrə qədər məsafədə zəlzələləri daha etibarlı qeyd etmək mümkündür”.
T. Əliyev bildirib ki, bütün Azərbaycan üzrə zəlzələləri əvvəlcədən proqnozlaşdırmaq üçün 4 stansiya kifayət edir.
İnstitut direktoru qeyd edib ki, “Qəzaların gizli dövrünün monitorinqi nəzəriyyəsi” əsasında hündür mərtəbəli binaların seysmik dayanıqlığının monitorinqini də təşkil etmək mümkündür.

Bu xəbər oxucular tərəfindən 1559 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |