03.01.2019 [10:36] - Gündəm, Hərb
“Azərbaycan Ordusu yaradılmasının 100 illiyinə yüksək səviyyədə qədəm qoydu. Ordumuz 2016-cı ilin aprelində və 2018-ci ilin iyununda cəbhədə düşmənə qarşı uğurlu əməliyyatlar həyata keçirib”.
Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordunun fəaliyyətinə yüksək qiymət verir: “Prezident öz çıxışlarında qeyd edib ki, bu əməliyyatlar ordunun gücünün göstəricisidir, tarixi qələbədir”.
Z.Həsənov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya mesaj verdiyini xatırladıb: “Bütün dünya Azərbaycanın hərbi imkanlarını, qüdrətini gördü. Prezident İlham Əliyev düşmənə mesaj verdi ki, Azərbaycan Ordusunun maddi-texniki bazası yüksək səviyyədədir, ağlınızı başınıza yığın, torpaqları azad edin. Paradı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da izlədi. Tədbirdə Türkiyənin yüksək rütbəli zabitləri, nazirləri iştirak etdi. Bununla bütün dünyaya qardaşlıq, həmrəylik nümayiş etdirildi. Paradda ən müasir silahlar nümayiş olundu, düşmənlər də bunu gördü. Biz onların reaksiyasını da gördük. Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirdi ki, burada nümayiş etdirilən silahlar Azərbaycan Ordusunun malik olduğu silahların hamısı deyil. Mən bunu xüsusi qeyd etmək istərdim. Çünki bunun özü də bir mesaj idi”.
Z.Həsənov “Real tv”yə müsahibəsində qeyd edib ki, Azərbaycan Ordusunun qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan torpaqların azad olunmasıdır: “Prezident İlham Əliyev bu istiqamətdə çox uğurlu siyasət həyata keçirir. Orduda döyüş hazırlığı yüksək səviyyədədir. Bunun yüksək səviyyədə olmasının göstəricilərindən biri müasir silah, texnikanın olmasıdır. İkinci məsələ şəxsi heyətin bacarığı və peşəkarlığıdır. Bu gün Azərbaycan Ordusunun 90 faizi peşəkar hərbçilərdən ibarətdir. Döyüş hazırlığını müəyyən edən vəzifələrdə peşəkar hərbçilər xidmət edirlər.
Bu yaxınlarda hərbi hissələrdən birinin tank bölüyündə oldum, tankçılarla görüşdüm. Tank idarə edənlər ən azı 3 il xidmətdə olanlardır. Bunlar artıq peşəkardırlar. Görüş zamanı tankçıdan soruşuram ki, aprel döyüşlərində iştirak etmisən? Deyir, bəli. Yəni döyüş təcrübəsi də var. Döyüş maşınlarını idarə edənlərin hamısı müddətdən artıq xidmət edənlərdir. Bunlar 5 il, 10 ildir ki, bu vəzifədədirlər. Təbii ki, bunlar vəsait tələb edir. Hazırkı iqtisadi imkanlar buna şərait yaradır. Azərbaycan əsgərinin qəhrəman obrazını formalaşdırmaq lazımdır”.
Nazir bildirib ki, Azərbaycanda hərbi hissələrin 80 faizi yenidən qurulub və hər birində şərait yüksək səviyyədədir: “Hazırda 12 böyük hərbi hissənin tikintisi davam edir, işlər, yəqin ki, 2019-cu ildə yekunlaşacaq. Gələn ilin əvvəlində Cəmşid Naxçıvanski adına hərbi liseyin bərpası başa çatacaq, açılışını planlaşdırırıq”.

Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |