27.07.2012 [13:05] - Siyasət
İsveçrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edir.
Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.
O bildirib ki, İsveçrə tərəfindən Qarabağda keçirilən qondarma seçkilərdən dərhal sonra Azərbaycana təqdim edilmiş notada belə qeyd olunub.
E.Abdullayevin sözlərinə görə, erməni mətbuatının İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü tanımaması ilə bağlı yazdıqları məlumatlar əsassızdır və bu, onların növbəti dezinformasiya səyləridir.
“Təəssüf ki, Ermənistanda bu, tendensiya halına çevrilib, Ermənistan rəhbərliyi bununla daxili ictimai rəyini aldatmağa çalışır” - deyə, o əlavə edib.

Bu xəbər oxucular tərəfindən 1221 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |