04.01.2019 [10:25] - Sağlıq
Gürcüstanda qrip virusu geniş yayılıb. Son statistik məlumatlara görə, orta hesabla hər 100 min nəfərdən 276-sı qripdən əziyyət çəkir. Bu məlumatı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkkrelidze açıqlayıb. O deyib ki, Gürcüstanda yayılmış qrip virusunun 95 faizini H1N1 virusu - “donuz qripi” təşkil edir.
Amiran Qamkkrelidzenin sözlərinə görə, “donuz qripi”ndən ölənlərin sayı 6 nəfərə çatıb. Ölüm faktlarının 4-ü Acarıstan Muxtar Respublikasında, 1-i Tbilisidə, 1-i isə Kutaisidə qeydə alınıb.
Yanvarın 3-də Qori şəhərində daha bir qrip xəstəsi dünyasını dəyişib. İlkin məlumata görə, qadının ölümünə virusun ağır forması səbəb olub. Onun “donuz qripi”ndən ölməsi faktı ekspertizadan sonra məlum olacaq.

Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |