27.07.2012 [14:16] - Güney Azərbaycan xəbərləri
İranın Avtomobil Hissələri İstehalçıları Birliyinin sədri Fərhad Behniya ölkədə avtomobil və avtomobil hissələri istehsal edən zavodların bağlanmaq təhlükəsi barədə xəbərdarlıq verib və deyib ki, bu hal baş verərsə, 700 000 fəhlə işsiz qalacaq. Bu barədə İSNA agentliyi xəbər verir.
O, bildirib ki, təəssüflər olsun ki, ölkənin avtomobil və avtomobil hissələri istehsalı sənayesi sürətlə böhran vəziyyətinə yaxınlaşır.
Behniya bu vəziyyətin yaranmasına dövlət tərəfindən bu sahəyə güzəştlərin və maliyyə yardımlarının ayrılmamasının səbəb olduğunu deyib.
"Dövlət 2 milyard dollara yaxın vəsait ayrısa da, hələlik bu yardım zavodlara verilməyib", - o, qeyd edib.
Avtomobil və avtomobil hissələri istehsalı sənayesi İranda ən böyük istehsal sahələrindəndir. Rəsmi statistikaya görə, cari ilin ilk üç ayında bu ölkədə avtomobil istehsalı 36 faiz azalıb, lakin qeyri-rəsmi statistikaya əsasən, bu rəqəm 50 faiz təşkil edir.

Bu xəbər oxucular tərəfindən 1198 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |