Şrift:
Türkiyə məhkəməsi saxlanılan İŞİD terrorçuları barədə həbs qərarı verib
05.01.2019 [10:54] - Xəbərlər, Hüquq
Türkiyə məhkəməsi təhlükəsizlik qüvvələri tərəfindən Bursa şəhərində saxlanılan İŞİD terrorçu qruplaşmasının üzvlərinin həbsi barədə qərar verib.

Saxlanılan 12 nəfərdən altı suriyalı öz ölkəsinə deportasiya olunub. Saxlanılanlardan ikisi Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan təhlükəli terrorçu qadındır. Terrorçu qadınlar və onlara köməklik göstərən digər iki nəfər həbs olunub. Terrorçu qadınların biri Suriya, digəri Əlcəzair əsilli olmaqla hər ikisi Fransa vətəndaşıdır.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed