07.01.2019 [09:45] - Xəbərlər, Hadisə
Türkiyənin bütün bölgələrində Sarıqamış hərəkatının 104-cü ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub. Əskişəhər, Trabzon, Şanlıurfa, Şırnak, Edirnə və digər şəhərlərdə Sarıqamış şəhidlərinin xatirəsinə ehtiram olaraq anım tədbirləri keçirilib. Ayrı-ayrı şəhərlərdən insanlar dəstə-dəstə Sarıqamışa axışıblar.
Ən böyük tədbir Qars vilayətinin Sarıqamış rayonunda keçirilib. Daxili işlər naziri Süleyman Soylu, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, sənaye və texnologiyalar naziri Mustafa Varank, millət vəkilləri və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən yürüşə 20 mindən çox insan qatılıb.
“Allahu-Əkbər” dağında təşkil olunan mərasimdə Sarıqamış şəhidlərinin ruhuna dualar oxunub.
Qeyd edək ki, Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək ölkənin şərqində Sarıqamış əməliyyatını həyata keçirib. Bölgədəki “Allahu-Əkbər” dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi donaraq və aclıqdan həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir.

Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |