Şrift:
Diaspor təşkilatının sədri: “Ukraynada öldürülən tələbələrin qətli siyasi xarakter daşımır”
07.01.2019 [10:27] - Diaspor
Ukraynanın Xarkov şəhərində öldürülən tələbələr Zeynəb Hüsünbəy və Buket Yıldızı qətlə yetirənin kimliyi məlum olub.
Onu da bildirək ki, türkiyəli qızların əslən azərbaycanlı olduqları söylənilir.

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov açıqlamasında deyib ki, artıq qatil tutulub.

“Öldürülən tələbələrdən biri qatilin sevdiyi qız olub. Hər üçü Türkiyə vətəndaşıdır. Qızları öldürən 1998-ci il təvəllüdlü Türkiyə vətəndaşı Hüsnü Candır. Versiyalara görə, aralarında əvvəl dost münasibətləri olub. Sonradan münasibətlər pozulub. Cinayət hadisəsi də bu cür baş verib”.

“Dostluq” cəmiyyətinin sədri bildirib ki, bu cür hallarda təəssüfedici məqamlar var:

"Bu cinayətin baş verməsində siyasi, milli xarakterli heç nə yoxdur. Məişət zəminində baş verib. Təəssüf ki, çox vaxt bu cür hadisələr eyni ölkənin vətəndaşları arasında olur. Azərbaycanlılarla bağlı problem olanda 99% öz aralarında yaranan insidentdən baş verir”.

Qeyd edək ki, qatil, 31 dekabr günü qızların yaşadığı mənzilə gələrək əvvəlcə Buketi bıçaqlayıb, daha sonra mağazadan evə qayıdan Zeynəbi qətlə yetirib. 20 yaşlı qatil cinayəti törətdikdən sonra 2 gün meyitlərlə eyni evdə qalıb.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed