Şrift:
“BOTANİKA DÜNYASI” ELMİ-POPULYAR BÜLLETENİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
08.01.2019 [09:11] - Gündəm, DAVAMın yazıları
Bütün dövrlərdə olduğu kimi hazırki dövrdə də elmi biliklərin cəmiyyətdə təbliği aktual mövzulardandır. Cəmiyyətin bu sahədə zəruri informasiya ilə təminatı bilavasitə elm və texnikanın dinamik inkişafı ilə bağlıdır.

Son illər elmin populyarlaşdırılmasını yüksək səviyyədə təşkil etmək, Azərbaycan elmində baş verən yeniliklərin və əldə olunmuş nəticələrin təbliği AMEA-nın fəaliyyətinin prioritet istiqamətlərdəndir.

AMEA Botanika İnstitutunda son illərdə aparılan elmi-tədqiqatları işıqlandırmaq, müasir elmi çağırışları təbliğ etmək, həyata keçirilən müxtəlif layihələrdə, habelə elm-təhsil sahəsində əldə olunmuş nəticələrlə ictimaiyyəti tanış etmək, gənclərdə elmi fəaliyyətə maraq oyatmaq üçün elmi-populyar üslubda materialların işlənməsi ön plana çəkilir.

Bu baxımdan AMEA Botanika İnstitutunda 2010-cu ildən başlayaraq hər il iki dildə (Azərbaycan və İngilis) çap olunan “Botanika dünyası” adlı məlumat bülleteni öz dəyərli töhfələrini verir. Bu məlumatlar yerli və xarici alimlər arasında əməkdaşlıq körpülərinin qurulmasında olduqca əhəmiyyətlidir və alimlərimizin dünya elminə inteqrasiyasına şərait yaradır.

Növbəti 15-ci sayı dərc olunmuş bülleten Botanika İnstitutunun 2018-ci ildəki elmi fəaliyyətinə həsr olunub. Jurnalda Azərbaycan botanika elminin inkişafında misilsiz xidmətləri olan görkəmli alimlərin yubileylərinə həsr olunmuş tədbirlər, İnstitutda həyata keçirilən uğurlu layihələrin nəticələri, alimlərimizin xarici işgüzar səfərləri, eləcə də institutu ziyarət edən xarici qonaqlar, beynəlxalq elmi seminarlar, elm-təhsil çərçivəsində gənc kadrların hazırlığı, əməkdaşların elmi nailiyyətləri, müştərək ekspedisiyalar və s. haqqında məlumatlar öz əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed