Şrift:
Yaxın zamanlarda torpaqlarımızı azad edəcəyik!
27.07.2012 [16:12] - Siyasət
“Azərbaycan dövləti işğal edilən torpaqları azad etməyə hazırlaşır. Torpaqların azad edilməsində dövlət Ermənistana heç bir güzəştə getməyəcək”.

Bu açıqlamanı jurnalistlərə Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.

“Ermənistan gec də olsa bu gün ayılsa və düz yola gəlsə, ola bilər ki, danışıqlarda hər hansı bir razılıq əldə olunsun. Dövlət, prezident verdiyi sözün üstündə durur. Ermənistan qeyri-konstruktivliyini davam etdirərsə, Ali Baş Komandanın əmri ilə yaxın zamanlarda öz torpaqlarımızı azad edəcəyik. Hazırda isə hökumət azad olunmadan sonrakı prosesə hazırlıqlara başlayıb. Bu qayıdış proqramıdır, dəymiş ziyanın hesablanması və digər məsələdir. Biz buna hazır olmalıyıq”.
Bu xəbər oxucular tərəfindən 1315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed