08.01.2019 [10:53] - Borçalı
Gürcüstanda bu gün qeyd olunan Milad bayramı münasibətilə Tbilisidəki Müqəddəs Üçlük kilsəsində katolikos-patriarx II İlyanın ənənəvi müraciəti oxunub.
Patriarx müraciətində Milad bayramı və Yeni il münasibətilə təbriklərini çatdıraraq, Gürcüstan və bütün dünyaya sülh arzulayıb.
Patriarxın sözlərinə görə, gürcü xalq qorxu və ümidsizlik içində olsa da, təslim olmaq olmaz: “Bizi nə artmaqda olan satqınlıq, təhlükə, nə də paxıllıq və yalan məhdudlaşdırmalıdır. Zaman belədir. Biz mövcud reallığı inamımızın böyük sınağı kimi qəbul etməliyik”.
II İlya müraciətində gələcək nəsilə, ailə və pedaqoqların onların tərbiyəsindəki böyük rola xüsusi diqqət ayırıb.
Patriarx həmçinin dindarları Allaha ümid etməyə çağırıb.
II İlya müraciətinin sonunda Gürcüstanda yaşayan gürcü, azərbaycanlı, abxaz, osetin, yunan, ukraynalı, rus, erməni, yəhudi, udin, yezid, kürd, inquş, çerkez, çeçen, leklər və ölkədən kənarda yaşayan soydaşlara müraciət edərək, onları Milad bayramı münasibətilə təbrik edib.
Qeyd edək ki, gecədən başlayaraq Gürcüstanın bütün kilsələrində bayram ibadətləri həyata keçirilir. Bu gün günorta saatlarında paytaxt Tbilisi və regionların mərkəzlərində ənənəvi “Alilo” yürüşü keçiriləcək. Yürüşlə əlaqədar Tbilisinin mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub.

Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |