08.01.2019 [11:12] - Gündəm, DAVAMın yazıları
Erməni tarixçi Filip Ekozyants ermənilərin hazırladığı yeni “İrəvan. Azərbaycanın qadağan olunan tarixi” filmində cəmlənən saxtakarlıqları aşkar edib. Ermənistanın uydurulmuş tarixindən bəhs edilən filmdə kadra fərqli sənədlər və xəritələr düşüb. Məhz bu “sübutları” araşdıran Ekozyants filmdə yol verilən saxtakarlıqlardan dəhşətə gəldiyini açıqlayıb.
Ekozyantsın öz oxucuları üçün filmdə müəyyən etdiyi saxtakarlıqları təqdim edirik:
1. Filmdə doktor Kave Farox təsdiq edir ki, Azərbaycan adı 1918-ci ilə qədər mövcud olmayıb.
Ekozyants bildirib ki, o, artıq Jan Şardenin (XVII əsrdə Qafqazda və o cümlədən İrəvanda olan fransız səyyah) “Gündəliyi”nin orijinalının fotonüsxəsini nümayiş etdirib. Orda təmiz fransız dilində bu əyalətlər və vilayətlər haqda artıq hamının bildiyi, hətta bu adın mənşəyi haqda müzakirələr getdiyi qeyd edilir:
“Söhbət Atropatena yox, Azərbaycan adından gedib. Bilmirəm kanadalı doktor Kave Farox kimdir, amma fransız dili Kanadanın dövlət dilidir”.
2. Filmdə “Ermənistan” adı göstərilən xəritələr nümayiş etdirilib.
Ekozyants təsdiq edir ki, “Ermənistan” sözü bu xəritələrdə (bu xəritələrin ili haqqında ayrıca danışmaq lazımdır) var:
“Həmin xəritələrin heç birində bu adın təkcə coğrafi yox, həm də siyasi və ya administrativ olmasıyla bağlı heç bir dəlil yoxdur. Ermənistan adının coğrafi mənasını Londondan olan tarixi xəritələr tədqiqatçısı Ruben Qaliçan “Herodot. Dəclə və Fərat çaylarının mənbəyindən şimalda yerləşən ərazi” deyə təsdiqləyir”.
3. Filmdə deyilir ki, Şarden 1673-cü ildə İrəvanı çəkib və onu alman nəşrində Ermənistanın paytaxtı adlandırıb.
Alimin fikrincə, Şardenin əsas nəşrində belə qeyd olmayıb:
“Görünür, bu, sonradan növbəti nəşrlərə əlavə edilib. Hətta burada film müəllifləri sanki tamaşaçılarla məzələnir, titrlərdə “İrəvan – Ermənistanın paytaxtı” deyə tərcümə olunur. Əslində, bu qeyd “İrəvan – Ermənistanda paytaxt” deyə tərcümə edilməlidir. Bu da Ermənistan adının coğrafi mənasını göstərir. Belə ki, burada söhbət Ermənistan dövlətindən getmir. Nəşrdə yer alan “Hauptstadt” sözü Persiya vilayətinin bir ərazisidir”.
4. Filmdə qeyd edilir ki, bir neçə əsr xarici asılılıqdan sonra yenidən erməni universitetlər açılır.
“Sovet Rusiyası meydana gələnə qədər Moskvadakı Lazarev İnstitutu və Venesiya yaxınlığındakı Müqəddəs Lazar təhsil müəssisəsi istisna olmaqla, heç bir erməni universiteti olmayıb”, - tarixçi bildirib.
5. Filmdə qeyd edilir ki, Türkiyə bolşevik Rusiyası ilə müttəfiq olaraq 1920-ci ilin sentyabrında Ermənistana qarşı savaş başladıb. Ermənistanın məğlubiyyətindən sonra isə Qarabağ və Naxçıvan ondan qopardılaraq, Azərbaycana birləşdirilib.
“Film müəllifləri birbaşa deyirlər ki, Ermənistan Respublikasını yaradan sovet Rusiyası ona hücum etməyib. Bilmirəm ki, bunu necə şərh edim? Mən belə baş düşürəm ki, Qarabağ və Naxçıvan uzun illər Sovet Rusiyası və Türkiyə tərəfindən yaradılan, sonra onun tərəfindən işğal edilən “müstəqil erməni dövləti”nin tərkibində olub. Məncə, Qarik Martirosyan (erməni gülüş ustası) üçün əla materialdır”, - deyə o söyləyib.
P.S. Filmdə Avram Linkolndan sitat səsləndirilib: “Hər zaman xalqın bir hissəsini aldatmaq olar, müəyyən müddət isə bütöv xalqı aldatmaq mümkündür. Lakin hər zaman bütün xalqı aldatmaq olmaz”.
“Avram Linkolnun bunu dediyini bilmirəm. Məncə, bizim tariximiz, həyatımız və əcdadlarımızın həyatı onu deməyə əsas verir ki, bütün xalqları hər zaman aldatmaq olar. Bu film erməni xalqının bu fırıldaq və demoqogiyanı necə itaətkar şəkildə udduğunun parlaq nümunəsidir”, - tarixçi bitirib.

Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |