Şrift:
Yunanlar TAP layihəsinə qoşulmaq istəyirlər
28.07.2012 [10:05] - Xəbərlər
Yunanıstan hökuməti yunan enerji şirkətləri “Enel” və “DEPA”nın TransAdriatik boru kəməri (TAP) layihəsinə qoşulmaq yolunu axtarır.
Yunanıstanın “Kathimeni” qəzetinin məlumatına görə, hökumət və şirkətlər TAP layihəsinə dəstək verməyə hazırdırlar. Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi üzrə katibi Asimakis Papageorgiou ölkəsinin layihədə iştirakı ilə bağlı TAP konsorsiumu ilə görüşməyi planlaşdırır.
Bundan başqa, “DEPA” və “Enel” şirkətləri də boru kəməri layihəsinə qoşulmaq üçün müzakirələrə qatılacaqlar.
TAP layihəsi Azərbaycan qazını Yunanıstan və Albaniya üzərindən İtaliya sahillərinədək daşıyacaq boru kəməri layihəsidir.
Qeyd edək ki, “Şahdəniz” konsorsiumu TAP ilə “Nabukko Qərb” layihələri arasında seçim edəcəkdir.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed