Şrift:
AMEA Botanika İnstitutunun doktorantı İtaliyada elmi ezamiyyətdə olub
09.01.2019 [21:06] - Gündəm, DAVAMın yazıları
AMEA Botanika İnstitutunun doktorantı Aydan Zeynalova İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya bölməsinin Davamlı Bitki Mühafizəsi İnstitutunda elmi ezamiyyətdə olub. Səfər Botanika İnstitutu və Davamlı Bitki Mühafizə (CNR-IPSP) İnstitutu arasında əməkdaşlığa dair imzalanmış müqavilə çərçivəsində həyata keçirilib.
A.Zeynalova ezamiyyət müddətində müasir genetik, xromatoqrafik və spektrofotometrik metodlardan istifadə etməklə yabanı Nar bitkisi üzərində analizlər aparıb. Tədqiqat işlərinə Davamlı Bitki Mühafizə İnstitutunun əməkdaşı, Prof. Dr. Biankaelena Maserti rəhbərlik edib.
Nar bitkisinin yarpaqlarından alınmış DNT nümunələrinin analizini aparmaq üçün PZR (polimeraz zəncir reaksiyası) metodundan istifadə olunub. Yarpaq, şirə, ləçək, qabıq ekstraklarının tərkibindəki ümumi fenollarin kəmiyyət tərkibi spektrofotometrik üsulla öyrənilib, yüksək maye xromatoqraf istifadə etməklə fenol komponentlərinin keyfiyyət və kəmiyyət tərkibləri müəyyənləşdirilib. DPPH (2,2-difenil-1-pikrilhidrazil) metodundan istifadə etməklə nar bitkisinin müxtəlif orqanlarından alınmış ekstraktların antioksidant fəallığı öyrənilib.
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed