10.01.2019 [10:32] - Qərbi Azərbaycan-İrəvan
Ötən il Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti üçün məhsuldar, unudulmaz səfərlər və premyeralarla yadda qalıb.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Onun sözlərinə görə, ilin əvvəlində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” tamaşasının premyerası nümayiş olunub. Əsəri görkəmli Azərbaycan ziyalısı, tanınmış şair-dramaturq Hidayət tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.
Fevralın 19-da teatr Bakı Humanitar Kolleci ilə birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşasını təqdim edib. Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 31 mart azərbaycanlıların soyqırımı tarixinin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tədbirlər planı çərçivəsində teatr şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsərini martın 31-də İrəvan Teatrının səhnəsində təqdim edib. Həmçinin teatrın kollektivi Mədəniyyət Nazirliyinin dəstəyi ilə aprelin 27-dən mayın 10-dək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixinin 100-cü ildönümünün geniş təbliğ edilməsi və anım mərasimlərinin keçirilməsi məqsədilə Türkiyənin Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir, İnegöl və Ankara şəhərlərində qastrol səfərində olub və “Soyqırımı tarixinin dastanı” əsərini oynayıb. Tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Teymur Bayramov bildirib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə ölkəmizdə keçirilən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində teatrın kollektivi mayın 13-də Xırdalandakı Mədəniyyət Mərkəzində görkəmli dramaturq Cəfər Cabbarlının “Vəfalı Səriyyə” tamaşası ilə çıxış edib. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor və musiqi tərtibatı Tural Xəlilzadə, rəssamı Vahid Mürsəliyevdir.
İrəvan Teatrı mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.
İyunun 13-də DTX-nin Heydər Əliyev adına Akademiyasında və iyunun 14-də FHN-in “N” saylı hərbi hissəsində Milli Qurtuluş Gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində teatr şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşası ilə çıxış edib. Tamaşanın rejissoru və rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, ikinci rejissoru Xaqani Əliyev, musiqi tərtibatı Günay Muradovadır.
Bildirilib ki, teatr ötən ilin payız mövsümünün açılışını sentyabrın 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb. Tamaşa, həmçinin bölgələrdə də nümayiş olunub. Belə ki, tamaşa dekabrın 7-dən 19-dək Quba, Sabirabad, Laçın (Taxtakörpü), İmişli və Samux rayonlarında da təqdim edilib.
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də şair-dramaturq İftixarın “Qalx ayağa, Azərbaycan” adlı tamaşası Balakən rayonunda nümayiş olunub.
Dekabrın 24-də İrəvan Dövlət Azərbaycan Dram Teatrı Binəqədi Mərkəzi Mədəniyyət evində görkəmli türk şairi, yazıçı-dramaturq Nazim Hikmətin “Qəribə adam” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovundur.
İrəvan Teatrı dekabrın 25-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” əsəri əsasında hazırlanan yeni tamaşanın premyerasını tamaşaçılara təqdim etməklə ilə yekun vurub. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Qeyd edilib ki, bu il də teatrın kollektivi bir neçə səhnə əsəri ilə tamaşaçıları sevindirəcək.

Bu xəbər oxucular tərəfindən 3111 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |