28.07.2012 [11:48] - Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onların, Azərbaycana təzyiq etmək istəyən dövlətlərin əlində vasitə olub, vəsait əldə etmək maraqları var”
Ölkədə fəaliyyət göstərən müxalifət düşərgəsini iki hissəyə bölmək olar. Bunun biri parlamentdə təmsil olunan müxalifət, digəri isə təmsil olunmayan müxalifətdir. Son günlərin hadisələri parlamentdə təmsil olunmayan müxalif düşərgədə gərginliyin yaşandığını, bir sıra bloklarda parçalanmaların olduğunu və digərlərində də belə proseslərin olacağını göstərir. Bu proseslərin mərkəzində isə, 2013-cü ildə baş tutacaq prezident seçkilərinə müxalifətin vahid namizədlə getmək məsələsidir. Bu məsələlərlə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev “Paritet”ə müsahibəsində danışıb.
-Əvvəlcə, vahid namizəd məsələsinə münasibətinizi öyrənmək istərdik.
-Belə bir mənzərə görünür ki, bir çox təşkilatlar təmərküzləşmə prosesi aparıb, bloklar yaradıb və ya hansısa formada əməkdaşlıq edirlər. Bəzi təşkilatlar isə, ayrıca fəaliyyət göstərirlər. Ona görə buna tam kimi baxmaq mümkün deyil. Müxalifət düşərgəsinin özünün vahid namizədinin olacağı fikir yalnışdır. Ən azından blokların ayrılıqda vahid namizədi ola bilər. Bütün mənalarda bir neçə namizədin olması realdır.
Bizim partiyamız isə heç bir bloka qoşulmur və özünün namizədi olacaq. Digər partiyaların öz namizədi, blokların da blok halında vahid namizədləri olacaqsa, buna hörmətlə yanaşırıq. Açığı, bu bloklar vahid namizədlə çıxış edəcəklər, ya etməyəcəklər, bu bizi düşündürmür. Hazırda mövcud blokların belə vahid namizədlə çıxış etmək imkanları çox məhduddur. Bunu müzakirəyə çıxarmağa belə ehtiyatla yanaşırlar. Amma hər halda onların davaranışlarına şərh vermək fikirim də yoxdur.
-Vahid namizəd məsələsini daha çox parlamentdə təmsil olunmayanlar müzakirə edir və parlamentdəki müxalifəti real hesab etmirlər...
-Hansısa partiya digər partiyaya status, yaxud sertifikat verə bilməz. Bu onların subyektiv yanaşması ola bilər. Bizim və parlamentdə təmsil olunan digər partiyalar haqqında ən müxtəlif qiymətlər vermək mümkündür. Yəni buna nə qədər baxış varsa, o qədər də qiymət vermək olar. Amma reallıq nədirsə odur, biz kimiksə oyuq. Parlament uğrunda mübarizəni ona görə aparırlar ki, mandat əldə etsinlər. Bu yaxınlarda saytaların birində yazı yayımlanmışdı. Yazırlar ki, Fərəc Quliyev parlamentdə seçkini udduqdan sonra və mandatı qaytarmadığı üçün bəzi təşkilatlar ondan incik düşüblər. Çox primitiv yanaşmadır. Parlament uğrunda ona görə yarışmırlar ki, mandatı geri qaytarsınlar. Ona görə mübarizə aparırlar ki, mandat əldə etsinlər. Biz yarışmışıq və mandat əldə etmişik. İndi kimsə öz təşkilatı mandat əldə edəndə neçə il parlamentdə oturublar -bu parlamentdə təmsil olunmayan bir çox partiyalara aiddir - bunu legitim sayırlar, başqaları udanda qəbul etmirlər. Burda qısqancılıq və zəiflik var.Bizə nə cür qiymət verməklərindən aslı olmayaraq, hər halda bu partiyalar mövcuddurlar və özlərinə hansı adı qoyurlarsa-qoysunlar, ortada bir mənzərə var ki, bu partiyalar göründüyü qədər hakimiyyət uğrunda mübarizədən daha çox ana müxalifət olmaq uğrunda mübarizə aparırlar. Əslində, bunun özü bir anormallıqdır Partiyalar hakimiyyət uğrurda mübarizə aparmalıdırlar və parlamentdə yer qazanmaq da qanunvericilik orqanda səsə, gücə sahib olmaq deməkdir.
Bu qüvvələrin özlərinin imkanlarını şişitrmələrinə baxmayaraq, hətta vahid namizədlə çıxış etsələr belə, ciddi nəticələr əldə edəcəklərinə ciddi şübhələrim var. Amma hər halda bu təşkilatlar ayrı-ayrııqda, yaxud blok şəkilində fəaliyyət göstərəcəklərsə və vahid namizədlə iştirak edəcəklərsə, bütün hallarda bizim rəqibimiz sayılacaqlar. Biz bu rəqiblərdən ehtiyat etmirik.
-Müxalifət seçkilərə vahid namizədlə getsə nə olacaq, partiyalar ayrılıqda qatılsalar necə olacaq?
-Mənim proqnoz verməyim nəyisə dəyişməyəcək. Amma vahid namizədlə çıxış etsələr də, etməsələr də, bu sadəcə bir bloka aid olacaq. Ən yaxşı halda bloklar vahid namizədlə çıxış etsələr belə, bir neçə namizədin ortaya çıxması mümkündür. Yəni parlamentdə təmsil olunmayan müxalifətin özü də, hətta hər bir blokunun vahid namizədlə çıxış etsə də, bütünlükdə vahid namizədlə çıxış etmək imkanları yoxdur.
-Belə bir fikir də var ki, məhz vahid namizəd məsələsi üzündən İctimai Palata seçkilərə qədər dağılacaq...
-İP-dəki birliyin səmimiyilinə həmişə şübhə ilə yanaşmışam. Bunu siyasi mühiti yaxşı tanıyan hər kəs ifadə edir. Orada müxtəlif vaxtlarda müxtəlif birliklərdə təmsil olunub, sonra ambisiyalardan düşmənə çevrilmək kimi situasiyalar artıq ənənəvi bir hal alıb ki, indi heç kim bu məsələlərdən təəccüblənmir. Sabah orda qarşıdurma, yaxud parçalanma olacaqsa, münasibətlər kəskinləşəcəksə, bu mənə təəccüblü görünməyəcək.
-İP-də yenidən mitinqlər keçirmək məsələsi müzakirə olunur. Sizcə, mitinqlərlə nə etmək istəyirlər?
-Bunu indiyə qədər mitinq adlandırılan, əslində bir neçə yüz adamdan çox olmayan kütləni küçələrə töküb, onları məhbəsə qədər göndərib, sonra məhbəsdən çıxmaları üçün müəyyən tədbirlər keçirməyi fəaliyyət növü seçənlərin özündən soruşmaq lazımdır ki, belə mitinqlərlə nəyə nail olmaq mümkündür. Hesab etmirəm ki, bu minvalla ictimai legitimliyə nail olmaq, cəmiyyətin dəstəyini qazanmaq mümkün olsun. Hesab edirəm ki, sistem və proqramlarla hakimiyyətə alternativ göstərmək imkanlarını axtarmaq lazımdır. Cəmiyyət də görməlidir ki, hakimiyyətə digər bir qüvvə gəlirsə, hansı dünyagörüşü, proqramı, fəaliyyəti gətirəcək, hansı komanda gələcək. Daha çox qafalarda, baxışlarda inqilab etmək zamanıdır. Mən Azərbaycanda qarışıqlıq salmaq istəyində olan qüvələrin və ya əzələ nümayiş etdirmək məqsədilə mitinq etmək istəyənlərin nəyəsə nail olmalarının mümkünlyünə inanmıram. Təbii ki, Azərbaycanın ərəb ölkələri kimi, Misir, Liviya, Suriya kimi dağılmasını, alt-üst olmağını istəmirəm. Biz hamımız bir mövqedən çıxış etməliyik və çalışmalıyıq ki, ölkəmizi qoruyaq. Hakimiyyət uğrunda mübarizə normal bir şeydir, hər kəs bunun uğrunda mübarizə aparmalıdır. Arzu edirəm ki, bu, sivil formada, rəqabət, ağıl yarışı formasında olsun və ölkədə kiminsə, əsasən də Azərbaycanı sevməyən qüvvələrin istəyinə uyğun katakilizmlərlə müşahidə olunmasın. Ümumiyyətlə, artıq 80-ci illərdəki mübarizə formalarının bu gün ölkədə tətbiq olunmasını nə real, nə də məqbul hesab edirəm.
-Dediyiniz kimi fəaliyyət göstərməkdə bu qüvvələrin hansı maraqları var?
-Özünü müxalifətdə hesab edən bəzi qüvvələr “mən ana müxalifətəm” davasını aparırlar. Onların hakimiyyətə gəlməkdən çox ana müxalifət olmaq və daha çox Azərbaycana təzyiq etmək istəyən dövlətlərin əlində tutarqa, vasitə olub, vəsait əldə etmək maraqları var. Siyasəti biznesə çevirmək istəkləri var. Amma, bu da təbii ki, uğursuz , həm də gülünc bir vəziyyətdir.
-Bu günlərdə YAP-dan dialoq çağırışı gəldi. Sizcə bu qüvvələrlə dialoqun baş tutması nə dərəcədə real görünür?
-Mənim həbsdən çıxdıqdan sonra bir çağırışım oldu. Dedim ki, dalaşmaqdan əvvəl danışmaq lazımdır. Yəni dialoq lazımdır. Əgər bu danışıq baş tutmasa, dalaşmaq olar. O vaxt bir çox çevrələr üzərimə düşdülər ki, Fərəc Quliyev dialoq çağırışı edir, bu, normal hal deyil. O vaxt mənimlə eyni təşkilatda olmuş bəzi təşkilat rəhbərləri ilə bu günə qədər münasibətlərimizin soyuquluğunun səbəblərindən biri də bu oldu. Lakin sonralar bir nəticəyə gələndən sonra bu günün özündə də dialoq yalvarışı ilə ortadadadırlar. Dialoqa icazə verilməyəndə isə, deyilər ki, niyə bizimlə dialoq aparılmır. Axı sizə deyildi ki, vaxtında dialoq aparmaq lazımdır. Sən qərəzli şəkildə, camaatı təhqir edə-edə, aşağılamaq istəyilə, xarici qüvvələri istəklərinə uyğun olaraq dalaşırsan, uduzursan və kənara çəkilirsən. Uduzandan sonra deyirsən gəl danışaq. O zaman təbii ki, onlarla heç kim danışmaz.
Bütün bunlara baxmayaraq, Azərbaycan cəmiyyətində qütbləşmənin əleyhinəyəm. Bizim partiyamız qütbləşmədən bütövləşməyə keçidi istəyir. Yenə də dialoq lazımdır. Danışmaq lazımdır və danışanda da predmetlər aydın olmalıdır ki, nə haqqında danışılır, hansı ortaq məsələlər tapılır. Konkret təkliflər ortaya qoyulmalıdır. Biz neçə il əvvəl Qarabağla bağlı bir təklif irəli sürmüşdük, indi də aktuallığını saxlayır. Biz təklif edirik ki, Qarabağla bağlı müxalifət, iqtidar və QHT-lərlə birlikdə bir çərçivə sazişi bağlamaq olar. Bu memorandumun da ana prinsipi bu olsun ki, Qarabağ münaqişəsinin həlli hansı çərçivədə aparılmalıdır. Bu üç məsələyə xidmət etsin:1)Hakimiyyət arxayın olsun ki, müxalifət hakimiyyət davasında Qarabağdan element kimi istifadə etməsin; 2)Müxalifət arxayın olsun ki, hakimiyyət bu çərçivədən kənarda Qarabağın həlli yolunu axtarmayacaq; 3) Ən mühümü isə, Azərbaycana kənar qüvvələr təsir edəndə, hakimiyyətə pressinqlər olanda hökümət bunu daha çox ictimaiyyətlə, müxalifətlə danışılmalı olduğunu bildirisin. Azərbaycan cəmiyyəti də tam olaraq belə pressinqlərin qarşısında dursun və davamlı olsun.
Dialoq bu cür olmalıdır. Yoxsa bəzən, müxalifətdən biri çıxış edir ki, mənə filan nazir yerini verin, yaxud da Əmlak Komitəsini verin. Bu cür fikirlər müxtəlif vaxtalarda səslənib. Yaxud da parlament seçkisni tanımırlar, deyirlər ki, bir neçə yerə yenidən seçki olsa, onların da nümayəndəsi təmsil olunsa, o zaman tanıyarlar. Belə uşaq söhbətləri ilə dialoq olmaz.
İndi hakimiyyət tərəfindən dialoq üçün çağırış varsa, tərəflərin masa arxasında oturmasına mən müsbət yanaşıram və bu təbii ki, təqdirəlayiq haldır.
-Siz Qarabağ məsələsində cəmiyyətin biriliyini təklif edirsiniz. Lakin Müsavatın sədri bu yaxınlarda Ermənistan Ümummili Hərəkatı ilə saziş imzalayıb. Bunu necə dəyərləndirirsiniz?
-İstər bu təşkilat olsun, istərsə, Ermənistanın digər hansısa təşkilatı-onlarla hansı əməkdaşlıqdan, hansı demokratiyadan, hansı insan haqqlarından söhbət gedə bilər? Ermənistan tərəfi Azərbaycanın bir milyon insanın bütün hüquqlarını pozub, ərazimizin 20 faizin işğal edib, əmlakımızı talan edib, qəbirstanlıqlarımızı, məscidlərimizi dağıdıb. Azərbaycana 141 milyarda qədər zərər vurub. Bu gün də insanlarımızın kütləvi şəkildə hüquqları pozulur. Qərbi Azərbaycandan olan soydaşlarımız öz yurdlarından qovulub. Belə halda bu dövlətin heç bir təşkilatı ilə - istər Levon Ter Petrosyanın təşkilatı olsun, istərsə də digərləri ilə əməkdaşlıq haqqında danışmaq mümkün deyil.
Biz ölkə olaraq qonşuluq siyasətində sıfır problemli siyasət yürüdürük. Lakin bizim iradəmizdən aslı olmayaraq, nə edə bilərik ki, qonşularımız bədxahdırlar. Rusiya bir tərəfdən, Ermənistan bir tərəfdən, İran digər tərəfdən mütəmadi olaraq, Azərbaycanla düşmənçilik edirlər. Ermənistanın təşkilatları ilə yalnız o zaman əməkdaşlıq mümkündür ki, baş prinsip müəyyələşdirilsin: Ermənistan tərəfi işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılısn, Azərbaycanın ərazi bötüvlüyünü tanısın, o cümlədən, ədalətli status-kvo bərpa olunsun, müharibəyə son veriləndən sonra, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanısın.
Azərbaycan ölkəmizdə yaşayan erməni əsəilli azərbaycanlıların hüquqlarını konstitusiyada nəzərdə tutulmuş qaydada qoruyur və buna hazırdır. Çünki Azərbaycan tolerant bir ölkədir. Heç bir milli, dini ayrı-seçkiliyə yol verilmir. Bizim Ermənistanla düşmənçilik etmək fikrimiz yoxdur.
Bu sadaladıqlarımdan sonra, Ermənistanın hansısa təşkilatı ilə əməkdaşlıq barədə danışmaq mümkündür. İndiki halda isə, heç bir davranış buna bəraət qazandıra bilməz. Bu tamam yalnış məsələdir və düşmən dövlətin təşkilatları ilə bugünki müharibə vəziyyətində müqavilə bağlamaq normal hal sayıla bilməz.
-O zaman belə çıxır ki, bunları Müsavat başqanı ya bilmir, ya da bilmək istəmir.
-Bunu onun özündən soruşmaq lazımdır. Sadəcə, mən hesab edirəm ki, baş verən hadisə anormaldır.
A.CƏLALOĞLU

Bu xəbər oxucular tərəfindən 2743 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |