12.01.2019 [10:45] - Gündəm, Sağlıq
Çindən və Sinqapurdan olan alimlər qrupu “Nature Microbiology” jurnalında Cənubi Çində yerli yarasalarda aşkarlanan bu vaxtadək naməlum filoviruslar növünün tədqiqinin nəticələrini dərc ediblər.
Xarici KİV-lər xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, bu, Ebola qızdırması və hemorragik Marqburq qızdırması əmələ gətirən ölümcül təhlükəli yoluxucu xəstəlikləri yaradan Ebola və Marburq viruslarına çox bənzəyir. İnsanlar üçün hələ təhlükəli olmasa da, alimlər növlərarası ötürməni istisna etmirlər.
Filoviruslar ailəsi Cuevavirus, Ebolavirus və Marburgvirus kimi üç növdən ibarətdir. Bu növlər Dünya Səhiyyə Təşkilatının təsnifatına görə dördüncü risk qrupuna - insanlar üçün ölümcül təhlükəli patogenlərə aid edilir.
Yarasalar, onların əsasən meyvə ilə qidalananları təhlükəli virusların əsas daşıyıcıları olsalar da, özləri bu virusa yoluxmurlar. İnsanların təması və yoluxması bir qayda olaraq, yarasaların məskunlaşdıqları mağaralara və şaxtalara girdikdə baş verir.
Yeni virus Çinin cənubunda Yunnan əyalətinin Menqla dairəsində aşkarlanıb. Virusun adı da buradan götürülüb. Tədqiqatın gedişində məlum olub ki, o, genetik cəhətdən artıq tanınmış filoviruslarla təxminən 30-50 faiz uyğunlaşır. Menqla digər patogen filoviruslara xas olan molekulyar reseptorlardan istifadə edərək hüceyrələrə keçir.

Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |