Şrift:
İranda həbs edilmiş azərbaycanlı şairlərin məhkəməsi avqustun 7-nə təyin olunub
28.07.2012 [21:42] - Güney Azərbaycan xəbərləri
İranda həbs edilmiş azərbaycanlı şairlərin məhkəməsi avqustun 7-nə təyin olunub, Bu barədə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
Məhkəmənin tarixi barəsində Azərbaycan baş kosulluğuna İran təfindən məlumat verilib. Abdullayevin sözlərinə görə, bugün Tebrizdə baş konsulluğun nümayəndəsinin iştirakı ilə həbs edilmiş şairlər öz ailə üzvləri ilə görüşüblər.
Xatırladaq ki, iyulun 26-da Azərbaycanın Təbrizdəki vitse-konsulu Nəriman Orucəliyev İranda həbs edilən azərbaycanlı şairlərlə görüşüb.
İki azərbaycanlı şair Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda həbs olunublar.
Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed