Şrift:
Yeni vaksin Ebola virusunun bütün növlərindən müdafiə edir
15.01.2019 [11:35] - Sağlıq
Ebola qızdırmasının törədicisi olan virusun hazırda beş ştammı məlumdur. Bu ştammların müalicəsi üçün vaksinlərin bir neçə növü işlənib hazırlanıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Texas Universitetinin tədqiqatçıları universal МВР134 virusunu yaradıblar. İki anticismin kokteyli olan bu vaksin ölümsaçan infeksiyanın bütün formalarının müalicəsində səmərəlidir.

Vaksin insanabənzər primatlar və safsarlar üzərində uğurla sınaqdan keçirilib. Onlara çəkilərinin hər bir kiloqramı üçün 25 milliqram hesabı ilə bir inyeksiya yeridilib. Ebolanın Bundibuqe, Sudan, habelə 2013-2016-cı illərdə Qərbi Afrikada tüğyan etmiş və hələ də Konqo Respublikasında davam edən epidemiyanı doğuran ölümcül Zair ştammları tədqiqatların obyekti olub.

Alimlər ümid bəsləyirlər ki, onların əldə etdikləri МВР134 vaksini bütün sınaqlardan keçəndən və istehsalata buraxılandan sonra bu təhlükəli xəstəliyin mümkün yeni ştammlarının müalicəsində də eyni dərəcədə səmərəli olacaq. Ebolanın aid olduğu filoviruslara qarşı mübarizəyə yönəldilən hər bir səy, xüsusilə bu fəsilənin əvvəllər barəsində heç bir məlumat olmayan virusunun bu yaxınlarda kəşfi öz bəhrəsini verəcək.
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed