29.07.2012 [20:28] - Güney Azərbaycan xəbərləri
İranda həbs edilən azərbaycanlı şairlər bu gün valideynləri ilə görüşüblər.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. XİN rəsmisinin sözlərinə görə, bugün baş konsulluğun nümayəndəsinin iştirakı ilə Təbrizdə gənc şairlərin ailə üzvləri ilə görüşü keçirilib.
E.Abdullayev həmçinin bildirib ki, azərbaycanlı şairlərin məhkəməsi avqustun 7-nə təyin olunub.
Qeyd edək ki, azərbaycanlı şair Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda həbs olunublar.

Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |