17.01.2019 [09:33] - Gündəm, Bildiriş
Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlığını əsas götürərək respublika ərazisində 17 və 18 yanvarda hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar turizm fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər və şirkətlərə müraciət edərək:
Açıq sahələrdə turistlərə xidmət göstərən turizm agentliklərinə, hotellərə, bələdçilərə, dağ, eko, macəra və digər ekstremal turizm növləri ilə məşğul olan şəxslərə və şirkətlərə əməkdaşlarının və turistlərin təhlükəsizliyini nəzərə alaraq fəaliyyətlərini qeyd olunan tarixlərdə məhdudlaşdırmağı, zəruri hallarda tamamilə dayandırmağı tövsiyə edir.
Həmçinin şiddətli külək, temperaturun anomal gedişi və yolların buz bağlama ehtimalı nəzərə alınaraq ölkədaxili turistik səfərlərin təxirə salınması tövsiyə olunur.

Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |