29.07.2012 [21:17] - Siyasət
“İspaniya bu yalandan sonra ermənilərdən üz çevirdi”.
Bu fikirləri politoloq Qabil Hüseynli İspaniya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı sənədin müzakirəsinin təxirə salınmasını şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, zaman-zaman ermənipərəstliyi ilə seçilən İspaniyanın bu addımı gözlənilməz deyildi:
“Avropada ermənilərin yaydığı yalan artıq sabun köpüyü kimi dağılmaqdadır. Avropa ölkələri də ermənilərin iç üzlərini görməyə başlayıblar. İspaniya hər zaman ermənipərəstliyi ilə seçilsə də, onlar da ermənilərin kim olduqlarını tanımağa başlayıblar. Qeyd edim ki, İspaniyanın bu addımı həmçinin Fransaya bir nümunə ola bilər.
Fransada siyasi gedişlər üçün bu məsələdən istifadə etməyə çalışırlar. Amma, İspaniyanın bu addımı “erməni soyqırımı” məsələsində yeni bir mərhələnin başlanğıcı deməkdir. Bu o deməkdir ki, Türkiyə və Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına qismən nail ola biliblər”.
Politoloq hesab edir ki, ermənilər bundan sonra Avropa ölkələrini aldatmağa çalışsalar da, buna nail ola bilməyəcəklər. Q.Hüseynlinin fikrincə, Avropa ölkələrinin Ermənistandan üz döndərməsi dırnaqarası “soyqırımı”n sonu olacaq.
“Ermənilər nə qədər yalan danışsalar da, artıq Avropa ölkələri də həqiqəti araşdırmağa çalışırlar. Təbii ki, onlar yerindəcə hadisələrin şahidi olduqdan sonra, ermənilərin dünyanı aldadan yalanlarını görəndən sonra haqqın tərəfində olmaq istəyirlər. Bu baxımdan İspaniyanın bu addımı atması sözün açığı gözlənilməz deyildi. Ermənilər özləri də dərk edir ki, Avropada nüfuzları qalmayıb. Avropa ölkələrində həqiqətin tərəfində olmaq kimi böyük bir ənənə mövcuddur. Odur ki, İspaniya ermənilərə üz çevirdi”, - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, İspaniya parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı sənədin müzakirəsini təxirə salıb. Sözügedən qanun layihəsinin müzakirəyə çıxarılmasının lehinə 3, əleyhinə isə 36 deputat səs verib.
Anar RÜSTƏMOV

Bu xəbər oxucular tərəfindən 1236 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |