17.01.2019 [10:40] - Gündəm, İslam dini
Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Komitədən bildiriblər ki, iclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasa toxunub. 2018-ci ilin, ümumilikdə, ölkəmiz üçün uğurlu olduğunu, bir çox sahələrdə nailiyyətlərin əldə edildiyini bildirən DQİDK sədri ötən il ərzində ölkədə dini durumla bağlı sabitliyi təmin etmək və qoruyub-saxlamaq, həmçinin tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb.
Mübariz Qurbanlı bildirib ki, bu ilin dövlətimizin başçısı tərəfindən Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq “Nəsimi İli” elan olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.
Dövlət Komitəsinin sədri daha sonra 2018-ci il ərzində respublikada dini durumu dərindən öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək məqsədilə həyata keçirilən müvafiq tədbirlər barədə ətraflı məlumat verib.
Dövlət Komitəsinin sədri 2018-ci ildə dövlət qeydiyyatına alınan dini icmaların ümümi sayının 909-a çatdığını, onlardan 877-nin İslam, 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru olmaqla 32-nin isə qeyri-islam təmayüllü olduğunu vurğulayıb. Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciətin (138-i İslam, 5-i qeyri-islam təmayüllü) daxil olduğu, 22 dini qurumun sənədlərinin qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığı, ümumilikdə, 98 dini icmanın (96-sı İslam, 2-si qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb.
O, hesabat dövrü ərzində keçirilən bəzi maarifləndirici tədbirlərin formatına uyğun olaraq, Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə”, “Şəhadət”, “Üfüqdəki gələcək” və “Vəhdət qanımızdadır” adlı sənədli filmlərin ölkənin bütün regionlarında, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda nümayiş etdirildiyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadənin məruzəsi dinlənilib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxışında bildirib ki, hesabat dövründə təmsil etdiyi Agentlik və onun tabeliyindəki Mənəvi Dəyərlər Fondu dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, radikal dini cərəyanlara qarşı müvafiq tədbirlərin görülməsi, cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətini davam etdirib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə İnstitutun 2018-ci ildə təhsil standartlarının müəyyənləşdirilməsi, strukturunun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, eləcə də maarifləndirmə istiqamətində apardığı ardıcıl və məqsədyönlü işlər barədə məlumat verib.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fond tərəfindən mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək məqsədilə reallaşdırılan tədbirlər barədə danışıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək bildirib ki, Azərbaycanda din sahəsində stabil mühit mövcuddur, ölkəmiz konfessiyalar və məzhəblərarası münasibətlərin tənzimlənməsi baxımından nümunəvidir. O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması dövlətin milli-mənəvi dəyərlərə olan yüksək münasibətinin bariz nümunəsidir.
E. Nəcəfov ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması və dini icmalar arasında mövcud tolerantlıq mühitinə kölgə salmağa çalışan mənfi təzahürlərin aradan qaldırılması istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işləri, xüsusilə respublikanı əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib və bu tədbirlərin ölkədəki dövlət-din münasibətlərinin daha da təkmilləşməsinə öz töhfəsini verdiyini bildirib. O, ötən ildən başlayaraq təmsil etdiyi şöbənin respublikanın bütün bölgələrində etno-siyasi və dini durumla bağlı keçirdiyi zona müşavirələrinin dini radikalizmə qarşı mübarizə işinə öz müsbət təsirini göstərdiyini bildirib.
Sonda Dövlət Komitəsinin 2019-cu il üçün fəaliyyət planı, qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.

Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |