17.01.2019 [10:46] - Borçalı
Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində Gürcüstanın Dmanisi rayonunda Qanlı Yanvar hadisələrinə həsr olunmuş anım mərasimi keçirilib.
Rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı, Dmanisi Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Süleymanov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Dmanisi Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Süleymanov çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiya qüvvələrinin Azərbaycanda törətdiyi qırğın, əslində, bir xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsini boğmaq cəhdi idi. Sovet imperiya qüvvələri 1989-cu il aprelin 9-da Gürcüstanda törətdiyi qırğınlar da eyni məqsədi daşıyıb. Amma imperiya qüvvələri xalqlarımızın göstərdiyi mübarizə və qardaşlıq əzmini qıra bilməyib, əksinə, hər iki xalq öz istəyinə nail olub.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək 1990-cı ilin 20 Yanvar faciəsinin səbəbləri, xalqlarımızın müstəqillik uğurundakı mübarizəsi barədə ətraflı məlumat verib.
Diplomat, sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla əsaslandıraraq, 20 Yanvar hadisələrini milli azadlıq hərəkatının növbəti mərhələsi, xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu kimi qiymətləndirib. Qeyd olunub ki, bu qanlı hadisə sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirib.
D.Həsənov qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edib. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib.
Səfir faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.
Sonra Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələrindən danışıb. Bildirib ki, sovetlər birliyinin dağılması ilə bir sıra xalqlar müstəqillik uğrunda mübarizəyə qalxdılar. Bu xalqlar sırasında Azərbaycan və Gürcüstan da var idi. Həmin dövrdə ən qatı cinayətlər məhz Azərbaycana və gürcü xalqına qarşı törədildi. Azərbaycanda 130-dan çox insan qətlə yetirilib, yüzlərlə insan yaralanıb.
Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Dmanisi rayon bələdiyyəsinin deputatı Ramiz Ramazanov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, tədqiqatçı-jurnalist Mirzə Maşov və başqaları çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik uğrunda mübarizə tarixinə nəzər salıblar.
Çıxış edənlər şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Xətayi Əzizov

Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |