18.01.2019 [09:40] - Xəbərlər, Türk dünyası-Turan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev Macarıstanda səfərdə olub.
Şuranın katibliyindən verilən məlumata görə, baş katib səfər çərçivəsində Macarıstan Parlamentinin sədri Laslo Köver və bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Görüşlərdə Macarıstanın TDƏŞ-də müşahidəçi statusu ilə təmsil olunmasının əhəmiyyətindən danışılıb. Türkdilli ölkələrin ortaq təşkilatlar çərçivəsində Macarıstanla əməkdaşlığı yüksək dəyərləndirilib. TDƏŞ-in Macarıstanda nümayəndəliyinin yaradılmasına dair səmərəli fikir mübadiləsi aparılıb.
Baş katib məlumat verib ki, 2019-cu ildə Zirvə toplantısı Azərbaycanda keçiriləcək. Tərəflər Özbəkistan və Türkmənistanın da bu toplantıda təmsil olunmalarını arzuladıqlarını ifadə ediblər.
Sabir Şahtaxtı

Bu xəbər oxucular tərəfindən 442 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |