Şrift:
Kamilə Əliyeva: “Gənclərin xaricdə təhsil alması təhsilimizin gələcək inkişafının qarantıdır”
30.07.2012 [11:54] - Gənclik
Prezident İlham Əliyevin elm və təhsilin inkişafı ilə bağlı imzaladığı sərəncamlara əsasən ölkəmizdə gənclərin xaricdə təhsil alması istiqamətində mühüm addımlar atılır.

Düşünürəm ki, bu dövlət başçısı tərəfindən ölkəmizdə təhsilə, elmə göstərilən diqqət və qayğı kimi qiymətləndirilməlidir.

Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Komitə üzvü bildirib ki, bu proqramlar təhsilimizin, elmimizin inkişafına xidmət edir.

“Bu proqramların məzmunu həm təhsilin bu günü, həm də sabahı üçün olduqca vacibdir”.

Onun sözlərinə görə, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması təhsilimizin gələcək inkişafının qarantıdır.

“Bu, həm də ölkəmizdə kadr potensialının yetişdirilməsinə ölkə başçısının göstərdiyi diqqət və qayğıdır. Bundan başqa, təhsilin maddi-texniki bazasının yüksəldilməsi, tədris metodiki təminatının formalaşmasına, kadr potensialının yüksəlməsi istiqamətində mühüm addımlar atılır”.

O həmçinin qeyd edib ki, Azərbaycan gəncliyi dövlət tərəfindən yaradılan bu imkandan və şəraitdən maksimum istifadə edərək öz təhsillərini təkmilləşdirmək istiqamətində çalışacaq.
Bu xəbər oxucular tərəfindən 1455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed