Şrift:
Pakistanda avtomobil qəzası 14 nəfərin həyatına son qoyub
22.01.2019 [09:53] - Gündəm, Hadisə
Pakistanın Kəraçi şəhərindən Pancqur istiqamətində gedən avtobusun yanacaq aparan maşınla toqquşması nəticəsində 14 nəfər ölüb, 16 nəfər yaralanıb.

Toqquşma nəticəsində yanacaq maşını partlayıb və alovlanıb.

Pakistan mətbuatı yaralananlardan beşinin vəziyyətinin ağır olduğunu yazıb. Bildirilir ki, avtobusda ümumilikdə 33 nəfər olub.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed