Şrift:
Samir Abbasov “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü seçilib
22.01.2019 [09:54] - Gündəm, Türk dünyası-Turan
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti İdarə Heyətinin növbəti iclası olub.

İclasda İdarə Heyətinin yeni üzvləri seçilib, cəmiyyətinin sədri Şavkat Şaripov 2018-ci ildə görülən işlər, 2019-cu ilin planları haqqında danışıb, bu ilin iş planı təqdim edilib.

Tədbirdə cəmiyyətinin fəaliyyətinin genişlənməsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) ilə əməkdaşlığın mühüm rolu qeyd edilib. Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qurumun İdarə Heyətinin üzvü seçilib.

Bildirilib ki, xarici ölkənin vətəndaşının Özbəkistanda Dostluq Cəmiyyətinin İdarə Heyətinə üzv seçilməsi ilk belə haldır.

Qeyd edək ki, 2014-cü ildə Dostluq Cəmiyyəti ilə AMM arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu təşkilatlar hər il birgə iş planını təsdiq edir və ölkələrimiz arasında mədəniyyət, ədəbiyyat, informasiya, turizm sahələrində, habelə Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi və təbliği ilə bağlı layihələr həyata keçirir.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed