23.01.2019 [09:40] - Gündəm, Hüquq
Yaponiya polisi ölkəyə təqribən 924 milyon yen (təqribən 8,5 milyon dollar) dəyərində 200 kiloqram qızılı qeyri-qanuni yolla gətirmək istəyən iki israillini həbs edib.
NHK telekanalı xəbər verir ki, onlar bu qiymətli metalı avtomobil hissələri üçün nəzərdə tutulan yeşiklərdə Honkonqdan gətirərək Tokiodakı “Narita” beynəlxalq aeroportundan keçirməyə çalışıblar.
İstintaqın rəyinə görə, həbs edilən İsrail vətəndaşları qaçaqmalçılıqla 2017-ci ildən məşğul olurlar və indiyədək ən azı 50 dəfə qeyri-qanuni yolla Yaponiyaya qızıl gətiriblər. Onların rəsmi olaraq Tokioda yaşadıqları və burada özəl kiçik şirkətlərə malik olduqları bildirilir.
Qeyd edək ki, Yaponiyaya qaçaqmalçılıq yolu ilə Honkonqdan və ya Cənubi Koreyadan qızıl gətirmək cəhdlərinin qarşısı tez-tez alınır. Yaponiyada qızılın qiymətinin baha olması, cinayətkarları bundan istifadə etməyə şirnikləndirir. Misal üçün deyə bilərik ki, 2017-ci ildə Yaponiyada 300 kiloqram qızıl qaçaqmal kimi müsadirə olunub.
Vüqar Ağayev

Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |