Şrift:
İndoneziyada güclü daşqınlar nəticəsində 26 nəfər həlak olub
24.01.2019 [09:07] - Gündəm, Hadisə
İndoneziyanın Sulavesi adasında baş vermiş güclü daşqınlar nəticəsində azı 26 nəfər həlak olub, 24-ü isə itkin düşüb.

Detik portalı xəbər verir ki, bu barədə yanvarın 24-də Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin Cənubi Sulavesi əyaləti üzrə rəhbəri Syamsibar məlumat verib.

Məmurun bildirdiyinə görə, təbii fəlakət nəticəsində 3900-dən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Artıq bir neçə sutkadır ki, davam edən leysan yağışları əyalətin paytaxtı Makasara şəhərindən 30 kilometr məsafədə yerləşən Bili-Bili bəndində suyun daşmasına səbəb olub.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed