24.01.2019 [09:11] - Gündəm, Sosial, Bildiriş
Quzanlı qəsəbəsindəki mədəniyyət evində "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, xüsusi xidmət orqanlarında çalışmış şəhid Nadir Əliyevin xatirəsinə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin fədakarlıq məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Nadir Əliyevin, eləcə də respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən digər şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Qəhrəman Nadir Əliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib, şəhid haqqında yazılan şeirlər səsləndirilib.
Tədbirdə çıxış edən "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin fəxri üzvü, yazıçı-publisist, Nadir Əliyevin həyat və qəhrəmanlığından bəhs edən “Zəfər yolu” poemasının müəllifi Azər Hacıbəyli bildirib ki, Azərbaycan dövləti həmişə qəhrəmanlarına böyük hörmətlə yanaşıb, onların xatirəsini əbədiləşdirib. Nadir Əliyev də Azərbaycanın bu cür qəhrəmanlarındandır. O, ulu öndər Heydər Əliyevin yaratdığı fədakarlıq məktəbinin, Azərbaycanın xüsusi xidmət orqanının yetirməsidir.
"Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Azər Qarayev Nadir Əliyevin Vətən qarşısında fədakar xidmətlərindən bəhs edib.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Nadir Əliyev kimi insanlar ən parlaq ulduzlara bənzəyirlər və gənc nəslə örnəkdirlər. Onlar dünyadan köçsələr də işıqları heç zaman sönmür. İzləri həmişəlik qalır.
Mərasimdə Nadir Əliyevin təhsil aldığı orta məktəbin müəllimi Rasim Rüstəmov, məktəbli dostu Ramazan Hüseynov və digərləri onunla bağlı xatirələrini danışıblar.
Şəhid Nadir Əliyevin oğlu Şəhriyar Əliyev çıxış edərək atasının xatirəsinin yad olunması, onun adının uca tutulması üçün hazırlanmış anım mərasiminə görə minnətdarlığını bildirib.
Tədbirin sonunda “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi tərəfindən gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |