Şrift:
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
24.01.2019 [09:12] - Gündəm, Hüquq
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri Yanq Sunq-te səlahiyyətlərindən sui istifadədə, məhkəmə proseslərinə təsir etməklə əvvəlki hökumətə lobbiçilik fəaliyyəti göstərməkdə təqsirli bilinərək həbs olunub.

Yonhap agentliyi xəbər verir ki, Seul mərkəzi rayon məhkəməsinin sabiq sədrin həbsi üçün qərarı elan etməsindən dərhal sonra o, paytaxtdakı təcridxanaya gətirilib. Uzun illər məhkəmə-hüquq sistemindən çalışmış 71 yaşlı sabiq sədr 40-a yaxın cinayət işində şübhəli bilinir.

Bildirilir ki, 2011-2017-ci illərdə Ali Məhkəməyə rəhbərlik etmiş Yanq-Sunq-te impiçment yolu ilə ölkə prezidenti vəzifəsindən uzaqlaşdırılan və sonradan azadlıqdan məhrum edilən Pak Kın-he hökumətinin bir çox qanunsuz fəaliyyətinə dəstək verib.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed