24.01.2019 [10:15] - Xəbərlər, Sosial, Bildiriş
UNESCO-nun baş direktoru Odri Azule 24 yanvar - Beynəlxalq Təhsil Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.
Müraciətdə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının Beynəlxalq Təhsil Gününün təsis edilməsi ilə bağlı qərar qəbul etdiyi bildirilir. BMT-nin qərarına görə, dünyada ilk dəfə qeyd edilən Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.
UNESCO-nun baş direktorunun müraciətində qeyd olunur ki, bu mühüm qərar 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin əhəmiyyətini vurğulayır. Bütün dövlətlərdə hərtərəfli, ədalətli və keyfiyyətli təhsili təmin etmədən, ömürboyu təhsil almaq imkanlarını yaratmadan yoxsulluğu aradan qaldırmaq mümkün olmayacaq. İqlim dəyişikliklərinin təsirini yumşaltmaq, texnoloji inqilaba uyğunlaşmaq işində uğur qazanmaq üçün ümumi təhsili təmin etmək üzrə cəsur siyasi öhdəliklər götürmək vacib məsələdir.
Beynəlxalq Təhsil Gününün qeyd edilməsi UNESCO-nun təhsil məsələlərinə sadiqliyini bir daha təsdiq etmək üçün əlverişli imkandır.
Hazırda dünyada 262 milyon uşaq, yeniyetmə oğlan və qızlar məktəbə getmir, 617 milyon uşaq və yeniyetmə oxumağı və adi hesabı bacarmır. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub. Bu problemlərin həlli üçün ölkələr birgə səy göstərməlidir.
Müraciətin tam mətnini UNESCO-nun saytından oxumaq mümkündür.

Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |