Şrift:
BMT Təbrizi ən gözəl və inkişaf etmiş şəhər seçib
30.07.2012 [16:24] - Güney Azərbaycan-Təbriz
BMT-nin elektron jurnalı «U.N.» Təbrizi İranda ən gözəl və inkişaf etmiş şəhər adlandırıb.

«U.N.» jurnalının tədqiqatına əsasən, Təbriz İranda ən gözəl və inkişaf etmiş şəhər seçilib. Sonrakı yerlərdə Tehran, İsfahan, Məşhəd, Şiraz, Qum və Urmiya dayanır. Seçimdə şəhərlərdə modern və gözəl tikililər, müasir hava xətləri, təmiz və cazibəli təbiət, ləziz xörəklər, gözəl memarlıq üslubu ilə tikilmiş məscidlər, qədim və tarixi binalar əsas meyar kimi göstərilib. Xatırladaq ki, iki il öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Təbrizi İranda ən sağlam şəhər kimi seçmişdi.
Müəllimlər İran parlamenti qarşısında aksiya keçirib
İyulun 25-də səhər saatlarında bir qrup ibtidai sinif müəllimi İran parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Müəllimlər təhsil nazirinin onları işdən çıxarmasına etiraz ediblər. Ölkənin müxtəlif bölgələrindən parlament binası qarşısında toplaşmış müəllimlərin nümayəndəsi bildirib ki, hazırda 25 min nəfər ibtidai sinif müəllimi işdən çıxarılıb: «Biz bura toplaşmışıq ki, səsimizi duysunlar və bu ağır iqtisadi vəziyyətdə bizi öz işimizin başına qaytarsınlar».
Bu xəbər oxucular tərəfindən 1345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed