Şrift:
Səttar Mehbalıyev: Ermənistanın Azərbaycana təcavüzü işsiz gənclərin sayının artmasına səbəb olub
31.07.2012 [11:28] - Gündəm, Sosial
Azərbaycanda işsiz vətəndaşların sayı 250 min nəfərdən çoxdur. Bunu çərşənbə axşamı "Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma" mövzusunda subregional konfrasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzü işsiz gənclərin sayının artmasına səbəb olub.
"İşğal nəticəsində Azərbaycan vətəndaşlarının 300 mini iş yerindən məhrum olub", - AHİK sədri deyib.
Mehbalıyev bildirib ki, Azərbaycanda gənclərin sayı sürətlə artır, əhalinin 35 faizi 16-35 yaşlı gənclərdir. Ölkədə iqtisadi fəal əhalinin 27 faizini, məşğul əhalinin isə 25,5 faizini gənclər təşkil edir.
Konfederasiya sədri MDB ölkələrindəki işsizlik vəziyyəti barədə də danışıb. Onun sözlərinə görə, bir çox ölkələrdə gənclər arasında işsizlik yaşlılara nisbətən 2-3 dəfə çoxdur, bəzi MDB ölkələrində isə işsizlərin ümumi sayının 40 faizini gənclər təşkil edir.
Bu xəbər oxucular tərəfindən 1371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed