Şrift:
Manila körfəzində təmizlik kampaniyasına başlanılıb
28.01.2019 [09:56] - Xəbərlər, Bildiriş
Filippin hökuməti Manila körfəzinin təmizlənməsi məqsədilə tullantıların dənizə atılmasının qarşısının alınması ilə əlaqədar kampaniyaya başlayıb.

Filippin Ətraf Mühitin Mühafizəsi Nazirliyi hər gün Manila körfəzinə qeyri-qanuni olaraq 1500 ton tullantı atıldığını bildirib.

Hakimiyyət orqanları insanlara körfəzdə çimməyin təhlükəli olması barədə xəbərdarlıq edir. Buradakı sularda bağırsaq çöpünün miqdarı onun maksimal icazə səviyyəsini 3 dəfədən çox üstələyir.

Filippin Prezidenti Rodriqo Duterte 2016-cı ildə hakimiyyətə gəldikdən sonra ətraf mühitin mühafizəsi ilə bağlı kəskin mövqe nümayiş etdirir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed