29.01.2019 [10:06] - Gündəm, Türk dünyası-Turan
Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv olan ölkələr arasında ətraf mühitin təmizliyinin və meşələrin qorunması sahəsində səmərəli əməkdaşlıq üçün BMT-nin xüsusi platformaları mövcuddur. BMT Baş Assambleyasının 2012-ci ildə martın 21-i tarixini Beynəlxalq Meşələr (meşə və ağaclar) Günü elan etməsi qurumun bu sahəyə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının Ankarada keçirilən toplantısında aparılan müzakirələrin nəticələrini AZƏRTAC-a şərh edən qurumun baş katibi Altınbek Mamayusupov bildirib ki, Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan zəngin meşələrə malikdir. TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının məqsədi həm qarşılıqlı təcrübə mübadiləsi aparmaq, həm də bu sahədə birgə çağırışlar etməkdir. Baş katib qeyd edib ki, flora ilə düzgün davranış təkcə atmosferə yox, eyni zamanda, su mənbələrinə və heyvanlar aləminə də böyük təsir göstərir. Ona görə də TÜRKPA tərəfləri məsələyə daha ciddi yanaşırlar. Ətraf mühitin təmizliyi üçün meşələrin qorunması böyük önəm kəsb edir.

Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |