29.01.2019 [11:14] - Sağlıq
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri növbəti mürəkkəb əməliyyatı endoskopik üsulla uğurla həyata keçiriblər.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, əməliyyatı klinikanın neyrocərrahı Fərid Qaralov və lor şöbəsinin müdiri Murad Şıxəliyev birgə icra ediblər.
Məlumata görə, 57 yaşında xəstə görmə problemləri və qandakı hormonların artması səbəbilə klinikanın neyrocərrahiyyə şöbəsinə müraciət edib. Ətraflı müayinələrdən sonra neyrocərrah Fərid Qaralov tərəfindən xəstəyə hipofiz adenoması diaqnozu qoyulub. Kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiya müayinəsindən sonra xəstənin əməliyyat olunması ilə bağlı qərar verilib.
Klinikanın lor şöbəsinin müdiri Murad Şıxəliyevin sözlərinə görə, endonozal burundan daxil olmaqla kənardan kəsik aparmadan şiş toxuması aşkar edilib: “Biz şiş toxumasına girişi yaratdıq. Əvvəllər bu əməliyyatlar açıq üsulla aparılırdı. Elə indinin özündə də bəzi neyrocərrahlar açıq üsuldan istifadə edirlər. Belə olanda, əməliyyat 3-6 saata qədər davam edir. Açıq üsulla əməliyyatın nəticəsi daha çox travmatik olur. Endoskopik üsul daha müasirdir. Burun dəliyindən daxil olmaqla daha az travmatik yolla əməliyyat icra olunur. Xəstə üzərində həyata keçirilən cərrahi müdaxilə zamanı kənardan dəlik açmadan, burundakı təbii dəlikdən giriş yaradıldıqdan sonra şiş toxuması çıxarılıb. Əməliyyat saat yarım davam edib və uğurla başa çatıb”.

Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |