31.07.2012 [13:17] - Siyasət
ELMAN MƏMMƏDOV: "ERMƏNİSTAN QARABAĞDAN TERRORÇU HAZIRLIĞINDA VƏ NARKOTİKANIN ƏKİLMƏSİ VƏ SAILMASINDA İSTİFADƏ EDİR"
Millət vəkili Elman Məmmədov Ermənistanın Dağlıq Qarabağ torpaqlarından başqa məqsədlərlə istifadə etməsi ilə bağlı tutarlı faktlar açıqlayıb.
Millət vəkili açıqlamasında, işğal olunmuş ərazilərdə uzun illərdir ermənilərin yaratdığı terrorçu təlim mərkəzlərinin fəaliyyət göstərdiyini də deyib: "Bu düşərgələr sırf terror təşkilatlarının təlim mərkəzləridir, hərbi-idlman oyunu düşərgəsi deyil. Bunlar qarabağda və digər işğal olunmuş ərazilərdə vaxtaşırı təlimlər keçir, terror dərsləri alırlar".
E.Məmmədov, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə livanlı erməni gənclərin iştirakı ilə hərbi-idman düşərgəsinin təşkili məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, bu tip mərkəzlər işğal altında olan digər rayonlarda da mövcuddur: «Bu ərazilər nəzarətsizdir. Ermənilər bu ərazilərdən terrorçu hazırlığında, narkotiklərin əkilməsi və satılmasında, tranzitində istifadə edirlər. Təəssüf ki, beynəlxalq aləm bu faktlara hələ də susqunluqla baxır. Bununla bağlı mütləq şəkildə tədbir görülməli, Ermənistandan işğal edilmiş ərazilərdən çıxması tələb olunmalıdır. Bu, həm də qlobal terrorizmlə mübarizədir».

Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |