Şrift:
BMT: Münaqişə bölgələrində yaşayan 56 milyon insan aclıqdan əziyyət çəkir
30.01.2019 [10:43] - Gündəm, Hadisə
Hazırda dünyada mövcud olan 8 münaqişə bölgəsində yaşayan 56 milyon nəfər aclıqdan əziyyət çəkir.

Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə hazırladığı hesabatda bildirilib.

Sənəddə qeyd olunub ki, münaqişənin davam etdiyi 8 ölkdə ərzaq böhranı aktual problem olaraq qalır. BMT-nin məlumatına görə, həmin dövlətlər Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Yəmən, Suriya, Somali və Çaddır.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed