30.01.2019 [11:27] - Diaspor
Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumunun imzalanması mərasimi olub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə komitə ilə əməkdaşlığın diaspor fəaliyyətinin inkişafına xidmət edəcək təhsil və elmyönümlü ölkədaxili və beynəlxalq tədbirlərin təşkili, habelə müvafiq sahələr üzrə gənc alimlərin, ixtisaslaşmış gənc kadrların yetişdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. Komitə sədri dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində diaspor təşkilatlarının fəaliyyətindən söz açıb. Komitənin diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə keçməsi istiqamətində perspektivlərindən danışan F.Muradov AMEA ilə komitə arasında birgə və koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayaraq əməkdaşlığın bundan sonra daha sıx davam etdiriləcəyinə əminliyini bildirib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin “Vətən uzaqda deyil. Vətən sizi gözləyir” şüarının tanıtım videosu təqdim edilib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək memorandumun müştərək fəaliyyət istiqamətində atılmış uğurlu addım olduğunu, əməkdaşlığın səmərəli nəticə verəcəyini söyləyiblər.
Tədbirdə, həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanan “Azərbaycan alimləri diasporu” informasiya sisteminin təqdimatı olub. Bildirilib ki, informasiya sistemində bu günədək xaricdə yaşayıb fəaliyyət göstərən 500 azərbaycanlı alim haqqında məlumat toplanıb. Bu məlumatlar Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, AMEA-nın elmi müəssisə və təşkilatları, həmçinin ölkənin bir sıra dövlət təşkilatları və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində əldə edilib.
Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb. Sənəddə diaspor sahəsinin inkişafına və müvafiq problemlərinin öyrənilməsinə elmi dəstəyin verilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sifarişinə müvafiq olaraq, “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənilməsi, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, onlarla birgə tədbirlərin təşkili və s. məsələlər yer alır. Sənədi akademik Akif Əlizadə və Fuad Muradov imzalayıblar.

Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |