Şrift:
Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən bölmələrdə olub
01.02.2019 [10:23] - Xəbərlər, Hərb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olaraq şəxsi heyətlə görüşüb.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığını, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.
General-polkovnik Zakir Həsənov ön xətt bölmələrində xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərlə maraqlanıb və bu tədbirlərin daha da keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparıb.
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed