01.02.2019 [10:26] - Gənclik
Yanvarın 31-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) rəhbərliyinin media nümayəndələri ilə görüşü keçirilib.
Görüşdə Şuranın sədri Məryəm Məcidova, baş katib Hüseyn Məmmədov, ictimaiyyətlə əlaqələr üzrə katib Günel Salayeva və yerli media orqanlarının nümayəndələri iştirak ediblər.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə iştirakçılara təbriklərini çatdıran M.Məcidova bildirib ki, 1995-ci il noyabrın 21-də təsis olunan Şura hazırda sıralarında 128 gənclər təşkilatını birləşdirir. Ölkə gənclərinin və gənclər təşkilatlarının yeganə konfederativ qurumu, vahid əlaqələndirmə və əməkdaşlıq mərkəzi olan GTMŞ-nin məqsədi üzvlərin fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.
Mətbuat nümayəndələri ilə səmərəli əməkdaşlığın qarşıdakı dövrdə də davam etdiriləcəyini vurğulayan M.Məcidova son dövrdə medianın, xüsusilə sosial şəbəkələrin və onlayn xəbər saytlarının fəaliyyətinin böyük önəm daşımasından, informasiyanın gənclərə çevik və operativ şəkildə çatdırılmasının əhəmiyyətindən danışıb. O, KİV ilə əməkdaşlığın Gənclər Təşkilatları Milli Şurasının bundan sonrakı fəaliyyətində də prioritet məsələlərdən olacağını bildirib.
Sonra Şuranın baş katibi H.Məmmədov qurumun 2019-cu il üzrə fəaliyyət planı, həyata keçiriləcək proqram, layihə və kampaniyalar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “Azərbaycanın gənclər təşkilatları dayanıqlı inkişaf naminə”, “Azərbaycan üçün bir olaq: gənclər təşkilatının onlayn töhfəsi”, “Gənclər təşkilatlarının iştirakçılığı və inklüzivlik” proqramları növbəti il ərzində GTMŞ-nin fəaliyyətində mühüm yer tutacaq.
Görüşün yekununda M.Məcidova Gənclər Təşkilatları Milli Şurasının 24 illik fəaliyyətini geniş işıqlandırdıqlarına və səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib, bu işgüzar münasibətlərin qarşıdakı illərdə də davam etdiriləcəyinə əminliyini diqqətə çatdırıb.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb, müzakirələr aparılıb.

Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |