Şrift:
Türkiyədə PKK-ya qarşı keçirilən əməliyyatda 22 terrorçu məhv edilib
31.07.2012 [23:41] - Xəbərlər, Türk dünyası-Turan
Ölkənin cənub-şərqində 300 nəfərlik terrorçu qrupa qarşı əməliyyat keçirilir
Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Şəmdinli qəsəbəsi yaxınlığında təhlükəsizlik qüvvələri ilə PKK-çılar arasında baş verən toqquşmada 22 terrorçu məhv edilib. “Doğan” xəbər agentliyinin verdiyi məlumata görə, İraqın şimalından gələn və Şəmdinli qəsəbə mərkəzinə hücum planlaşdıran təxminən 300 nəfərdən ibarət terrorçu qrupa qarşı əməliyyat başlayıb. Qəsəbənin 3 kilometrliyində yerləşən Qoman dağlarında keçirilən əməliyyata 2 min əsgər, hərbi helikopterlər və hərbi təyyarələr cəlb olunub. Havadan və yerdən bombalanan terrorçuların itkilərinin daha çox olacağı güman edilir. Əməliyyat davam edir.
Bu xəbər oxucular tərəfindən 1344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed