01.08.2012 [00:02] - Xəbərlər, Müsahibə
Lefke Avropa Universitetinin rektoru, professor, Dr. Ahmet Bülend Gökselin müsahibəsi
- Cənab rektor, öncə iki qardaş ölkə olan Azərbaycanla Şimali Kipr Türk Respublikası arasındakı əlaqələr barədə nə deyə bilərsiniz?
- Sualınıza cavab verməmişdən öncə bu il müstəqilliyinin 20-ci illiyini qeyd edən Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda nə qədər şəhid verildiyini yaxşı bilirik və biz hələ sovetlər zamanında Azərbaycanda qardaşlarımızın yaşadığını bilirdik və onların tezliklə öz müstəqilliyinə nail olacaqlarını səbrsizliklə gözləyirik. Arzu edirəm ki, Azərbaycanın müstəqilliyi daimi və əbədi olsun.
Sualınıza cavab olaraq bildirirəm ki, iki qardaş ölkənin əlaqələri hər zaman isti olub və bu əlaqələrin inkişaf etməsi bizi məmnun etməyə bilməz. Hər zaman böyük Azərbaycan dövləti Şimali Kiprin yanında olub və xatırladım ki, ölkəmizə ilk hava yolunu açan və təyyarəsini endirən Azərbaycan dövləti olub. Sonradan müəyyən səbəblər üzündən bu reys dayandırıldı. Amma bu addım Kipr türkləri arasında hörmət və izzətlə xatırlanır. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin icazəsi ilə Şimali Kipr Türk Respublikasının Bakıda təmsilçiliyi fəaliyyət göstərir və bizimçün bu, mühüm dəstəkdir. Biz bir millət, ayrı dövlətlərik, amma buna baxmayaraq, birliyimizi qoruyuruq. Bundan sonra hər iki dövlətin əlaqələrinin inkişaf edəcəyinə inanıram.
- Hazırda Şimali Kiprdə yaşayış səviyyəsi necədir və bu ölkənin üstünlükləri nədən ibarətdir?
- Kipr bir ada dövlətidir. Əsas gəlir mənbəyi turizm və təhsildir. Xüsusilə, Kıprın gözəl təbiəti ona əlavə üstünlüklər verir. Şükürlər olsun ki, ölkəmizin iqtisadi durumu bizi ayaq üstə saxlamağa kömək edir. Mən təhsil işcisi olduğu üçün təhsildən danışmaq istərdim. Onu da qeyd etməliyəm ki, Kiprda təshil məsələsinə xüsusi önəm verilir.
- İstərdik ki, rəhbəri olduğunuz Lefke Avropa Univesiteti haqqında bilgi verəsiniz...
- Rəhbəri olduğum Lefke Avropa Universiteti Azərbaycanın müstəqilliyi kimi 20 ildir ki, fəaliyyət göstərir. Beynəlxalq səviyyəli bir təhsil ocağıdır. Dünyanın 35 ölkəsindən gələn tələbələr təhsil alırlar. Dövlət ali təhsil ocağıdır və bu da bizim məktəbin ciddi bir təhsil ocağı olduğunu göstərir.
Məktəbimizdə yüksək keyfiyyətli təhsil verirlər. Hətta, mən deyərdim ki, Türkiyənin bəzi ali məktəblərindən də yüksək səviyyədə dərslər keçirilir. Ələlxüsus da bizim kadr heyətimizin güclü olması buna şərait yaradir. Xüsusilə, kadr heyətimiz xaricdə təhsil alan, müəllim işləyən və orada elmi işlərini müdafiə edən heyətdən təşkil edilib. Dərslər ingilis dilində keçirilir. 20 tələbə heyətindən ibarət siniflər var və bu da bizə keyfiyyətli kadr hazırlamağa kömək edir. Eyni zamanda digər təhsil ocaqlarından fərqli olaraq, bizdə təhsil almaq ucuzdur. Bunun əsas səbəbi isə bizə dövlətin verdiyi maddi dəstəklə bağlıdır. 7 fakültə və iki yüksək tələbə hazırlığı məktəbindən ibarətdir. 36 bölmə var. İqtisadi biliklər, ədəbiyyat, təhsil, sağlam və s. ixtisaslar veririk. Tələbələrimizi həm nəzəri, həm də praktiki biliklər verməyə çalışırıq. Belə ki, bizim yüksək standartlara cavab verən laboratoriyalarımız fəaliyyət göstərir. Bunlar vasitəsilə onlar praktiki biliklərə yiyələnirlər. Onu da əlavə edim ki, universitetin özünün televiziyası, fm radiosu var. Yaradıcılıq fakültəsində təhsil alan tələbələr burada öz potensiallarını ortaya qoyurlar.
- Bu gün Kipr ali məktəblərində nə qədər azərbaycanlı tələbə təhsil alır və onların bilik səviyyəsi necədir?
- Azərbaycandan 600-ə yaxın tələbə müxtəlif universitetlərdə təhsil alır. Onların bilik səviyyəsi çox yaxşıdır. öz üzərlərində ciddi şəkildə işləyirlər. Mən bunu bizim universitetdə təhsil alan azərbaycanlı tələbələrdə də görürəm.
- Azərbaycanlı iş adamları Kiprə yatırım qoymaqda maraqlıdırlarmı və ölkənin iqtisadi həyatında bu hiss edilirmi?
- Mən təhsil işcisi olduğum üçün dəqiq statistik məlumat verə bilmirəm. Amma məndə olan məlumatlara görə, Azərbaycandan Kiprə gələn iş adamları qıda və turizm sahəsinə yatırımlar qoyurlar. Onların iqtisadi yatırımları Kiprdə hiss edilməkdədir. Eyni zamanda, iş adamlarının bu addımı iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirir.
- Azərbaycandan bir istəyiniz varmı?
- Azərbaycanda bir təmsilçilik açmışıq. Azərbaycan gənclərinin Lefke Avropa Universitetində təhsil almaları üçün köməkliyimizi göstərəcəyik. Gələcəkdə Azərbaycan qanunları çərçivəsində sertifikatlı dərslər keçməyi düşünürük. Əsas istəyimiz odur ki, Azərbaycan gəncləri savadları ilə ölkələrinə xeyir gətirə biləcək gənclər olsunlar.
Son olaraq Azərbaycanla bağlı fikirlərimi sizlərlə bölüşmək istərdim. Dünyanın müxtəlif yerlərində olmuşam. 15 il öncə Azərbaycana gəlmişdim və Azərbaycanı öz vətənim hesab edirəm. Və indi Azərbaycan çox inkişaf edib. Azərbaycanı belə görmək məni sevindirməyə bilməz. Qardaş Azərbaycanımıza uğurlar arzulayıram (Ahmet bəy Azərbaycandan danışarkən gözləri dolurdu - E.E).
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1643 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |