Şrift:
Özbəkistan paytaxtında “Şəhər içində şəhər” tikilir
04.02.2019 [10:06] - Gündəm, Türk dünyası-Turan
Özbəkistan paytaxtında “Tashkent-sity” (“Şəhər içində şəhər”) Beynəlxalq İşgüzar Mərkəz (BİM) tikilir.

Bununla bağlı keçirilən təqdimatda şəhərin mərkəzində salınan “Tashkent-sity”nin 80 hektar sahəni əhatə etdiyi qeyd olunub.

Bildirilib ki, işgüzar mərkəzin tikintisi üçün Özbəkistan hökumətinin üzvlərindən və dövlət orqanlarının nümayəndələrindən ibarət 17 nəfərlik İnzibati Şura yaradılıb.

Mərkəzdə beşulduzlu mehmanxanalar, restoranlar, işgüzar və ticarət mərkəzləri, elit yaşayış kompleksləri, böyük park olacaq.

“Tashkent-sity”nin layihəsini Böyük Britaniya, Türkiyə, Sinqapur və digər ölkələrin məşhur şirkətləri layihələndirib.

Diqqətə çatdırılıb ki, dünyanın 12 şirkəti bu nəhəng layihənin həyata keçirilməsinə sərmayə qoyub.

Tikinti işlərində 6 mindən çox insan çalışır ki, onların 200-ü mühəndis-texniki heyətə aiddir.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed