Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsi ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi arasında müqavilə imzalanacaq
04.02.2019 [10:07] - Diaspor
Fevralın 6-7-də İstanbulda təşkil olunacaq XXII Avrasiya İqtisadi Zirvə toplantısı ilə əlaqədar İstanbul Geyim Əşyaları İxracatçıları Birliyinin (İHKİB) rəhbəri Mustafa Gültəpə və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver birgə mətbuat konfransı keçiriblər.

Tədbirin artıq ənənə halı aldığını deyən Akkan Suver builki toplantıya 27 ölkənin qatılacağını bildirib: “Tədbirdə rəqəmsal iqtisadiyyat və enerji məsələləri dünya səviyyəsində müzakirə olunacaq. Bundan əlavə, üç mühüm əməkdaşlıq müqaviləsi bağlanacaq. Bu sənədlərdən birincisi dövlət səviyyəsində - Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, digərləri isə İtaliyanın Avrasiya üçün Avropa İnstitutu və Rumıniyanın Levant İnstitutu ilə imzalanacaq”.

Akkan Suver Avrasiya İqtisadi Zirvə toplantılarının rifah və sülh layihəsi olduğunu ifadə edib. Bu tədbirin hər bir ölkənin ixracatında böyük inkişafa səbəb olacağına inandığını bildirən Akkan Suver deyib ki, birlikdə daha çox istehsala nail olmaq və gəlir götürmək mümkündür: “Ölkələr arasındakı əlaqələr bu cür fəaliyyətlərlə inkişaf edir. Bundan əlavə, XXII Avrasiya İqtisadi Zirvə toplantısında texnologiyanın və bəşəriyyətin gələcəyi, eləcə də fiziki cəmiyyətdən rəqəmsal ictimaiyyətə keçid yolları müzakirə olunacaq. Müzakirələrdə bugünkü dünyanın ən aktual məsələlərindən biri olan miqrantlar və onların hazırkı problemləri də yer alacaq”.

Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed